Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Miras nə vaxt və harada açılır? Miras deyəndə nə başa  düşülür?

Miras nə vaxt və harada açılır? Miras deyəndə nə başa  düşülür?

14.07.2021 01:30
35
A+
A-

Miras nə vaxt və harada açılır? Miras deyəndə nə başa  düşülür?
Şahin VƏLİYEV, Qazax rayonu.

- Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölüşməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün sayılır.
Mülki Məcəllənin 1147-ci maddəsinə görə, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
15 yaşına çatmamış şəxsi işə götürənlərə hansı cəza nəzərdə tutulur?

Samil VƏLİYEV, Bakı şəhəri.

- Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb olunur. Bu məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsində göstərilib. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə-
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

ETİKETLƏR: