Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hamiləliyə və doğuma görə müavinət barəsində məlumat verməyinizi xahiş edirəm.

Səlimə ƏSƏDOVA, Quba rayonu.

25.08.2021 11:02
129
A+
A-

Hamiləliyə və doğuma görə müavinət barəsində məlumat verməyinizi xahiş edirəm.

 

Səlimə ƏSƏDOVA, Quba rayonu.

 

-Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

* normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);

* doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);

* iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Müavinətin ödənilməsi üçün müavinət alacaq şəxs barədə sənədlər və məlumatlar işlədiyi müəssisə tərəfindən “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidməti vasitəsilə Dövlət Sosial Müdafiə Fonduna göndərilir.

 

Uşağın anadan olması ilə bağlı müavinətin məbləği nə qədərdir? Eyni vaxtda 2 uşaq doğulanda müavnət necə ödənilir?

 

Səriyyə VƏLİYEVA, Lənkəran şəhəri.

 

-Uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir.

Həmin Əsasnamənin 73-cü bəndinə əsasən, uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir. Bu müavinətin məbləği hazırda 200 AZN-dir.

Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, müavinət işləyən ataya verilir.

Uşağın anadan olmasına görə müavinət  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

Əsasnamənin 75-ci bəndinə uyğun olaraq iki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. 2 uşağa görə 400 AZN ödənilməlidir.

Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir.

Bu məsələ ilə bağlı bir neçə məqamı da oxucuların diqqətinə çatdırmaq istəyirik. Belə ki, uşaq diri doğulmuşsa, nə qədər yaşamasından asılı olmayaraq, doğuma görə birdəfəlik müavinət ödənilir. Lakin ölü doğulmuş uşaq üçün bu müavinət ödənilmir.

Övladlığa götürülmüş uşaqlara uşağın anadan olmasına görə birdəfəlik müavinət ümumi qaydada ödənilir.

 

İş yerində ixtisara düşmüşəm. Mən

im 3 illik məzuniyyətim qalıb, pulunu ödəmək istəmirlər, bu, düzgündürmü?

İbrahim ƏHMƏDOV, Bakı şəhəri.

 

-Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Amma əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

İstifadə etmədiyiniz əsas məzuniyyətlərə görə pul əvəzi Sizə ödənilməlidir.

ÜST-ün bu gün yayılan məlumatına görə, ötən həftə ərzində (16-22 avqust) dünya üzrə təqribən 4,5 milyon yeni yoluxma halı qeydə alınıb. Bir həftə əvvəl bu göstərici 4,4 milyondan çox idi. Təşkilatdan bildiriblər ki, bu, həftəlik yeni yoluxmanın miqdarının sabitləşdiyini göstərir. Xəstəlikdən ölüm halları da əvvəlki həftənin rəqəmlərini çox ötməyib. Belə ki, son həftə ərzində 68 mindən çox insan həyatını itirib. Avqustun 9-dan 15-dək isə 66 mindən çox ölüm halı baş vermişdi.

Pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 214 milyona yaxın yoluxma və bu xəstəlik səbəbindən 4,4 milyondan çox ölüm faktı qeydə alınıb.

ETİKETLƏR: