Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qazi və şəhid ailələrini ziyarət ediblər

Sentyabrın 30-da və oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Həmkarlar İttifaqı Komitəsi bu elm ocağının əməkdaşları ilə birlikdə Xətai Rayonunda yaşayan II Qarabağ müharibəsi qazilərini, şəhid ailələrini ziyarət ediblər.

06.10.2021 10:37
7
A+
A-

Sentyabrın 30-da və oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Həmkarlar İttifaqı Komitəsi bu elm ocağının əməkdaşları ilə birlikdə Xətai Rayonunda yaşayan II Qarabağ müharibəsi qazilərini, şəhid ailələrini ziyarət ediblər. Onlar şəhid Rəşad Quliyevin (polkovnik-leytenant), Rüfət Əsgərovun (mayor), Elvin Kazımovun (kapitan), Rəcəb Məmmədovun ( sıravi əsgər), Rövşən Rüstəmovun (sıravi əsgər), qazilərdən Əli Vahabovun (sıravi əsgər), Natiq Mikayılovun, Tural Hüseynovun (sıravi əsgər), Səbuhi Eyvazovun (sıravi əsgər) və İsmayıl Hüseynovun (sıravi əsgər) ailəsində olublar. Hər bir ailəyə ərzaq yardımı göstəriblər.

Anım Günü münasibətilə tədbir keçirilib

 

ETİKETLƏR: