Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şahmat yarışı keçirilib

.

14.02.2024 12:45
17
A+
A-

Fevralın 3-4-də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinə daxil olan “Qarabağ” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə gənclər gününə həsr olunmuş IV dərəcə şahmat yarışı keçirilib. Yarışda 20 nəfər iştirak edib. İsveç sistemi üzrə təşkil olunan yarışın yekun nəticəsinə görə Eldar Xəlilov  1-ci yeri (4-cü dərəcə), Tunar Nurullayev 2-ci yeri (4-cü dərəcə), Canpolad İsayev 3-cü yeri (4-cü dərəcə) tutublar.

Qaliblərə diplom və hədiyyələr verilib. Təltifolunma mərasimində Beynəlxalq qrossmeyster Vüqar Əsədli və AHİTA-nın İdman işləri üzrə şöbə müdiri Tural     Ənvərli iştirak ediblər.

 

ETİKETLƏR: