Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Üzv təşkilatlarda hesabat-seçki

yığıncaqları davam edir

21.02.2024 22:08
15
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Nizami Rayon Komitəsinin xidmətinə daxil olan Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseydə, 227 saylı, 328 saylı, 312 saylı, 201 saylı tam orta məktəblərdə, Kimya-Biologiya təmayüllü Respublika liseyində, 110 saylı, 129 saylı, 172 saylı, 190 saylı, 150 saylı, 48 saylı, 122 saylı, 264 və 309 saylı  körpələr evi-uşaq bağçalarında ilk həmkarlar ittifaqı təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib. Qeyd olunan təşkilatlarda tədbirlər Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin xatirəsi yad edilməklə başlanıb.

Yığıncaqlarda həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının hesabatları dinlənilib. Ümumilikdə ilk təşkilatların hesabat dövründəki fəaliyyəti qənaətbəxş sayılıb. Yığıncaq iştirakçıları fəaliyyətdə olan ilk həmkarlar ittifaqı komitələrinin sədrlərinə yenidən etimad göstəriblər. Yeni seçilən komitə üzvləri qarşısında bir sıra vəzifələr qoyulub.

Yığıncaqlarda TİAHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov iştirak edib.

ETİKETLƏR:

Foto