Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Traktorlarla şəhərin mərkəzini bağlayıblar

“Heç kim bizimlə əlaqə saxlamayıb və məsləhətləşməyib. Nə təşkilatçılar, nə də başqa heç kim etirazlarla bağlı mənə məlumat verməyib”

21.02.2024 22:34
3
A+
A-

Fevralın 19-da yüzlərlə çex fermer traktorlarını Praqanın mərkəzinə sürərək Kənd Təsərrüfatı Nazirliyinin binası yaxınlığında nəqliyyatın hərəkətinə maneə yaradıblar. Onlar da avropalı fermerlərin yüksək enerji qiymətləri, boğucu bürokratiya və Avropa Birliyinin yaşıl sövdələşməsinə qarşı etirazlarına qoşulublar. Nazirliyin qarşısında yüzlərlə etirazçı “Ayıb olsun” və “İstefa” şüarları səsləndirib. Bəziləri bürokratiyadan, digərləri ucuz idxaldan daha çox hiddətlənib, lakin hökumət hazırkı nümayişin fermerlər üçün daha yaxşı şərait uğrunda mübarizə ilə heç bir əlaqəsi olmadığı fikrindədir.  Hökumət rəsmiləri fermerləri təmsil edənlərlə danışıqlar aparıldığını bildirib. Qeyd olunur ki, bütün fermerlər etirazı dəstəkləməyib. Belə ki, Aqrar Palata və Çex-Moraviya Həmkarlar İttifaqları Konfederasiyası orada iştirak etməyib.

“Heç kim bizimlə əlaqə saxlamayıb və məsləhətləşməyib. Nə təşkilatçılar, nə də başqa heç kim etirazlarla bağlı mənə məlumat verməyib”, - deyə həmkarlar ittifaqı konfederasiyasının sədri Yozef Strşedula bildirib.

Daha bir aksiya da planlaşdırılır, fevralın 22-də fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə və malların ucuz idxalı nəticəsində yaranan aşağı satınalma qiymətlərinə etiraz olaraq sərhəd keçidlərini bağlamağı planlaşdırır. Onlar həmçinin onilliklər ərzində Aİ ölkələri üçün kənd təsərrüfatı qaydalarını müəyyən edən “Yaşıl Saziş”dən də narazıdırlar. Nəzərinizə çatdıraq ki, Avropa İttifaqında fermerlərin tətil dalğası davam edir. İlk aksiyalar keçən il başlamışdı, lakin indi xeyli genişlənib. Fransa, Almaniya, İspaniya, Yunanıstan, Polşa və digər ölkələrdə fermerlər müavinət və maliyyə yardımı tələb edir, əks halda şəhərləri iflic vəziyyətə salmaqla, yolları bağlamaqla hədələyirlər.

 

ETİKETLƏR: