Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin idmançıları 10 medala sahib olublar

Mükafat qazanan idmançılar yarışa məşqçi-müəllimlər Amil Abdullyev, Elvin Aslanov, Akif Qurbanov və Fəxrəddin Nuriyevin rəhbərliyi altında hazırlaşıblar.

21.02.2024 22:36
8
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının  “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin güləşçiləri sərbəst güləş üzrə U-15 Bakı şəhər birinciliyində müxtəlif əyarlı 10 medal qazanıblar.

Belə ki, Sadiq İsmayılov (38 kq.), Mehdi Xəlilzadə ( 44 kq.), İslam Rəcəbov (85 kq.) və Rza Əhədli (85 kq.) birinci yerə sahib olublar.

Süleyman Şirinov (38 kq.), İbrahim Hacıquliyev (41 kq.), Adəm Osmanov (41 kq.), Nihad Seyfullazadə (44 kq.), İsmayıl  Aslanov (44 kq.) və Əli Əsgərli (57 kq.) üçüncü yeri tutublar.

Mükafat qazanan idmançılar yarışa məşqçi-müəllimlər Amil Abdullyev, Elvin Aslanov, Akif Qurbanov və Fəxrəddin Nuriyevin rəhbərliyi altında hazırlaşıblar.

ETİKETLƏR: