Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tərəfdaşların əməkdaşlığı

işçilərin hüquqlarının daha etibarlı qorunması deməkdir

10.07.2024 10:30
19
A+
A-

İyunun 28-də SOCAR-ın Neft Kəmərləri İdarəsi Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib. 64 nəfər nümayəndənin iştirakı ilə baş tutan konfransda əvvəlcə Ümummili Lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra HİK sədri İmamqulu Bayramov və Nəzarət Təftiş Komissiyasının sədri Firdovsi Xudiyev hesabat məruzələri ilə çıxış etdilər. Hesabatlar səsə qoyularaq qənaətbəxş hesab edildi.

Konfransda İdarənin baş mühəndisi Abdulla Məmmədov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev və başqaları çıxış edərək HİK-in üzərinə götürdüyü missiyanın öhdəsindən gəldiyini bildirdilər. Qeyd etdilər ki, komitə tərəfdaş təşkilatla sıx əməkdaşlıq münasibətləri qura bilib ki, bu da ona üzvlərin əmək və sosial hüquqlarını daha yüksək səviyyədə qorumaq imkanı verib.

Konfransda İmamqulu Bayramov səsvermə yolu ilə yenidən Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi.

ETİKETLƏR:

Foto