Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nəticələr qənaətbəxşdir

Həm “Xəzər”də, həm də “Şahdağ”da əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə aid tələb olunan sənədlər qaydaya salınıb, ştat cədvəlində olan peşə və vəzifələr üçün təhlükəsiz işləmək qaydalarından təlimatlar işlənib hazırlanıb, həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmaqla təsdiq edilib.

10.07.2024 10:32
19
A+
A-

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının bir qrup əməkdaşı iyul ayının 2-4-də Nabranda yerləşən “Xəzər” Turist Bazasında və “Şahdağ” İstirahət Evində ictimai nəzarət həyata keçirib.

Yoxlama zamanı məlum olub ki, “Xəzər” Turist Bazası Respublika Dezinfeksiya Mərkəzinin profilaktik dezinfeksiya şöbəsi ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, şöbənin əməkdaşları dezinfeksiya və deratizasiya işlərini yerinə yetirmiş və vaxtaşırı bu iş aparılır.

Bazanın işçiləri təhlükəsiz işləmək qaydaları barədə təlimatlar alıblar. Ərazidə istifadə olunan içməli suların (artezian, bulaq) nümunələri Xaçmaz Rayon Sanitar-Epidemiologiya Mərkəzi tərəfindən müayinə  olunub. İşçilər tibbi müayinədən keçib, tibbi kitabçalar ilə təmin ediliblər.

Hər iki istirahət ocağının xidmətindən istifadə etdiyi çimərliklərdə gün ərzində Fövqəladə Hallar Nazirliyinin sularda xüsusi xilasetmə dəstələri növbə çəkir. Çimərlikdə “xəbərdaredici”, “qadağanedici” nişanlar quraşdırılıb.

“Xəzər” Turist Bazasında abadlaşdırma işləri başa çatmaq üzrədir. Yeməkxanalar tam təmir olunub, qazanxanalar, qaz pilitələri yenisi ilə əvəzlənib. Fövqəladə hallarda hərəkət istiqamətini göstərmək üçün nəzərdə tutulmuş evakuasiya təhlükəsizliyi nişanı - çıxış nişanları binanın hər iki çıxışında pilləkənlərin yaxınlığındakı divarlara asılıb.

“Xəzər”ə yeni təbii qaz xətti çəkilib.

“Şahdağ” İstirahət Evində də abadlaşdırma işləri uğurla davam etdirilir. Belə ki asfalt qatı yeniləşdirilib. Elektrik yarımstansiyasının dam örtüyü və qapıları təmir edilib. Ərazinin işiqlandırma sistemi yeni hava xətləri ilə əvəz edilib. istirahət otaqları (kotteclər) yenidən təmir edilib, ərazi abadlaşdırılaraq turistlərin istifadəsinə verilib.

Həm “Xəzər”də, həm də “Şahdağ”da əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə aid tələb olunan sənədlər qaydaya salınıb, ştat cədvəlində olan peşə və vəzifələr üçün təhlükəsiz işləmək qaydalarından təlimatlar işlənib hazırlanıb, həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırılmaqla təsdiq edilib.

ETİKETLƏR:

Foto