Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dəmiryolçuların istirahəti davam edir

Bu tədbirlərə uyğun olaraq, artıq cari ilin iyunun 15-dən Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzi qapılarını dəmiryolçuların və onların ailə üzvlərinin üzünə açıb.

10.07.2024 10:36
28
A+
A-

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı mütəmadi olaraq dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsinə, sağlamlıqlarının qorunmasına, mənalı istirahətlərinin təşkilinə yönəlmiş tədbirlər həyata keçirir.

Bu tədbirlərə uyğun olaraq, artıq cari ilin iyunun 15-dən Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzi qapılarını dəmiryolçuların və onların ailə üzvlərinin üzünə açıb.

Qeyd etmək lazımdır ki, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının hesabına da qrup şəklində “Lokomotiv” İstirahət Mərkəzinə “Azərbaycan Dəmir Yolları” QSC-nin departament, idarə, müəssisə və təşkilatlarında çalışan dəmiryolçuların 1, 2 və 3 günlük səfərləri təşkil olunur. İyun ayı ərzində iki dəfə   (1 günlük, 2 günlük olmaqla) belə səfər təşkil edilib. Birinci səfərdə dəmir yolunun müxtəlif sahələrində çalışan 150, ikinci səfərdə 58 dəmiryolçu yaradılmış bu imkandan istifadə edib.

Məlumat üçün deyək ki, hazırda “Lokomotiv” İstirahət Mərkəzində 6 korpus, 6 kottec, 200 nəfərlik yeməkxana, voleybol, tennis, minifutbol meydançası, hovuz fəaliyyət göstərir. Burada ümumilikdə bir gedişdə 210 nəfər istirahət edə bilir.

İstirahət Mərkəzinin ərazisi abadlaşdırılıb, gül, dekorativ kollar və ağaclar əkilib, oturacaqlar quraşdırılıb. Həmçinin mərkəzin daimi elektrik enerjisi ilə təmin edilməsi üçün əlavə elektrik generatoru quraşdırılıb, internet çəkilib, içməli su ilə təminatı  yaxşılaşdırılıb.

Ərazidə istirahət edənlərin rahatlığı üçün əlavə xidməti otaqlar və bar-diskoteka tipli çay evi fəaliyyət göstərir. Eyni zamanda uşaqlar üçün avadanlıqlarla təchiz olunmuş əyləncə otağı - istirahət oyun meydançası yaradılıb.

ETİKETLƏR: