Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səkkiz medal qazanıblar

İdmançılar yarışa məşqçi-müəllimlər Fəxrəddin Nuriyev və Amil Abdullayevin rəhbərliyi altında hazırlaşıblar.

10.07.2024 11:25
26
A+
A-

İyulun 5-7-də Qazaxıstanın Aktau şəhərində sərbəst güləş üzrə azyaşlılar və yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirmələri də uğurlu çıxışları ilə fərqləniblər. Belə ki, Cəmiyyətin sərbəst güləşçiləri turnirin yekununa əsasən müxtəlif əyarlı 8 medal qazanıblar.

Amin Nəsibov (92 kq.) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Raul Quluzadə (32 kq.) və İslam Məmmədov (55 kq.) ikinci olublar. Əli Əcəmov (26 kq.), Rəşad  Abbasov (29 kq.), Ərəstun Əlizadə (40 kq.), Aqşin Nəcəfov (55 kq.) və Mirəli Mirələkbərli (55 kq.) isə üçüncü yeri tutublar.

İdmançılar yarışa məşqçi-müəllimlər Fəxrəddin Nuriyev və Amil Abdullayevin rəhbərliyi altında hazırlaşıblar.

ETİKETLƏR: