Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hüquqlarının müdafiəsi üçün güclü həmkarlar ittifaqı lazımdır

.

17.07.2024 11:36
5
A+
A-

UNI Qlobal İttifaqının yeni sorğusuna əsasən, Hindistanda “Amazon” şirkətinin anbar və çatdırılma işçiləri maaş artımı tələbi ilə mübarizə aparırlar. İşçilərin çalışdıqları şərait də təhlükəsizlik baxımından qənaətbəxş deyil.

UNI Qlobal İttifaqı və Amazon Hindistan İşçi Dərnəyi (AIWA) tərəfindən birgə nəşr olunan bu hesabat 1838 nəfərin rəy sorğusuna əsasən hazırlanıb. Və Hindistanda “Amazon” işçilərinin iş şəraitini araşdıran ilk hesabatdır.

UNI Qlobal İttifaqının Baş katibi Kristi Hoffman bildirib ki, hindistanlı işçilər də “Amazon”un fəaliyyət göstərdiyi bütün ölkələrdə işçilərin qarşılaşdıqları eyni aqibəti yaşayır, dözülməz vəziyyət ilə üzləşirlər. Aydındır ki, şirkətin Hindistanda və digər yerlərdəki filiallarında şəraitin yaxşılaşdırılması üçün işçilərin güclü həmkarlar ittifaqlarına ehtiyacı var.

Hesabatda şirkət yetkililərinin iş yerindəki xəsarətlərə qeyri-adekvat reaksiyası da vurğulanıb. Bəzi işçilər iş yerində zədələndikdən sonra heç bir yardım almadıqlarını, digərləri isə ağır iş qrafiki və məzuniyyətdən imtina edilməsi səbəbindən üzləşdikləri sağlamlıq problemlərindən danışıblar.

Bu sorğu UNI Qlobal İttifaqının keçən il ABŞ, Almaniya və Böyük Britaniya da daxil olmaqla səkkiz ölkədə apardığı analoji araşdırmanın ardınca hazırlanıb. Və əksər hallarda “Amazon”da son dərəcə stresli və təhlükəli iş şəraiti olduğu əks olunub. Hindistanda əldə edilən nəticələr isə bütün dünyada işçilərin qeyri-insani tələbləri, qeyri-adekvat təhlükəsizlik tədbirləri və aşağı əməkhaqqı ilə bağlı qaldırdıqları qlobal narahatlığı əks etdirir.

UNI Qlobal İttifaqı xidmət sektorunda 150-dən çox ölkədən 20 milyondan çox işçini təmsil edir. O, təşkilatlanma, kollektiv fəaliyyət və kollektiv sövdələşmə yolu ilə bütün dünyada işçilərin hüquqlarını və iş şəraitini inkişaf etdirmək üçün çalışır.

ETİKETLƏR: