Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ağdamın Xıdırlı kəndində əməyin mühafizəsi və mina təhlükəsizliyi ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

Tədbir iştirakçılarına həmin mövzularda yaddaş kitabçası, bukletlər və digər təlimat xarakterli vasitələr təqdim edilib, işçi və işəgötürənlərin sualları cavablandırılıb.

17.07.2024 11:53
4
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdəki müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.

Tədbirlər Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə təşkil olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən növbəti tədbir Ağdam rayonunun Xıdırlı kəndində fəaliyyət göstərən 7 müəssisənin 280 nəfər rəhbər və işçi heyətinin iştirakı ilə keçirilib.

İştirakçılar ölkəmizdə layiqli əməyin təminatı sahəsində aparılan dövlət siyasəti, əmək qanunvericiliyi, habelə əməyin mühafizəsi və mina təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb. Tədbirin təşkilatçıları olan qurumların fəaliyyəti barədə məlumat verilib.

Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərdiyi diqqətə çatdırılıb.

Tədbir iştirakçılarına həmin mövzularda yaddaş kitabçası, bukletlər və digər təlimat xarakterli vasitələr təqdim edilib, işçi və işəgötürənlərin sualları cavablandırılıb.

Bu tədbirlər işğaldan azad olunmuş digər ərazilərimizdə də davam etdiriləcək.

 

ETİKETLƏR: