Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təlim proqramı qarşısında duran vəzifələr

Sonrakı panel müzakirələrdə Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova həmkarlar ittifaqları nümayəndələri öz təcrübələrini bölüşüblər.

24.07.2024 11:23
4
A+
A-

İyulun 15-16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Gürcüstanın Borjomi rayonun  Bakuriani qəsəbəsində təşkil edilmiş “Layiqli Əmək Ölkə Proqramının (LƏÖP) inkişafı, tətbiqi və monitorinqində həmkarlar ittifaqlarının fəal iştirakı” mövzusunda təlim proqramında iştirak edib.

Təlimdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçilərin Fəaliyyəti Ofisinin rəhbəri Sergeyus Qlovaskas və Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının (GHİK) prezidenti İrakli Petriaşvili BƏT-in missiyası və mandatı haqqında qısa məlumat veriblər. Deyiblər ki, təlim həmkarlar ittifaqlarının  Layiqli Əmək Ölkə Proqramının inkişafında, tətbiqində və monitorinqində fəal iştirakını təmin etmək məqsədi daşıyır.

Sonra “Layiqli Əmək Anlayışı” mövzusunda keçirilən  sessiyada BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçilərin Fəaliyyəti Ofisinin baş mütəxəssisi Qoça Aleksandria layiqli əmək və onun əsas komponentləri, ofisin digər baş mütəxəssisi Magnus Berge Layiqli Əmək Ölkə Proqramının  inkişafı və tətbiqi, hökumət, işəgötürənlər, işçilər və beynəlxalq tərəfdaşların rolu barədə danışdı.

BƏT-in  Davamlı İnkişaf Əməkdaşlıq Çərçivəsi (DİƏÇ) mövzusunda keçirilən növbəti sessiyasında, BƏT-in Asiya və Sakit Okean üzrə İşçilərin Fəaliyyəti Ofisinin rəhbəri Ariel Kastro, əməkdaşlıq çərçivəsinin davamlı inkişaf məqsədləri və milli səviyyədə həyata keçirilməsi haqqında məlumat verib. O, həmkarlar ittifaqlarının DİƏÇ-in inkişafında iştirakının əhəmiyyətini və müxtəlif tərəfdaşlarla əməkdaşlığın vacibliyini izah edib.

Sonrakı panel müzakirələrdə Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova həmkarlar ittifaqları nümayəndələri öz təcrübələrini bölüşüblər.

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin həmkarlar ittifaqları üçün təşkil olunmuş tədbirində AHİK sədrinin I müavini İlyas Əliyev, Aparat rəhbərinin müavini Qara Ağayev və Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Tural Süleymanov  iştirak ediblər.

Tural Süleymanovun “Layiqli əmək və sosial müdafiə” mövzusunda çıxışı dinlənilib.

Sonda təlim iştirakçıları ilə birgə Layiqli Əmək Ölkə Proqramının  inkişaf etdirilməsi və tətbiqi üzrə gələcək istiqamətlər və ən yaxşı təcrübələr müzakirə olunub. 

ETİKETLƏR:

Foto