Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“...COP29-a gedən yol”

Bu ilin noyabr ayında Azərbaycanın COP29-a hazırlıq prosesində BƏT-in bilik və təcrübə mübadiləsi vasitəsilə genderə həssas ədalətli keçidin təşviqinə yönələn layihəsinin önəmi diqqətə çatdırılıb.

24.07.2024 11:43
4
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə tədbirlər çərçivəsində “Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda seminar keçirilib.

İki gün davam edən tədbirdə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

Seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev hazırda qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin mənfi təsirlərini, ətraf mühitin dayanıqlığına doğru proseslərdə gender prinsiplərinə həssas və ədalətli yanaşmanın, inklüzivliyin vacibliyini qeyd edib.

Bu ilin noyabr ayında Azərbaycanın COP29-a hazırlıq prosesində BƏT-in bilik və təcrübə mübadiləsi vasitəsilə genderə həssas ədalətli keçidin təşviqinə yönələn layihəsinin önəmi diqqətə çatdırılıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisələrin İnkişafı və yaşıl iş yerləri üzrə baş mütəxəssisi Kristina Martinez çıxış edərək keçirilən seminarın əhatə etdiyi mövzunun vacibliyini və bu mövzuda bilik və təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıblar.

Seminarın gündəliyinə COP29-a hazırlıq prosesində sosial tərəfdaşlarla birgə fəaliyyət, həmçinin əmək bazarı ilə bağlı birgə mövqe sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar fəaliyyətlərdə gender bərabərliyi, inklüzivliyin təminatına xüsusi önəm verilməsi və s. ilə bağlı panel müzakirələrin aparılması daxildir.

 

ETİKETLƏR:

Foto