Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tibb bacıları etiraz aksiyası keçirəcəklər

.

24.07.2024 11:56
5
A+
A-

Portuqaliyada özəl xəstəxanalarda çalışan tibb bacılarının tətili avqustun 2-nə planlaşdırılıb. Bu, Portuqaliya Tibb Bacıları Həmkarlar İttifaqı (SEP) tərəfindən təşkil edilən üçüncü tətil olacaq. SEP iddia edir ki, özəl sektorda tibb bacıları uzun iş saatları, qeyri-müntəzəm cədvəllər və əlavə iş vaxtından artıq ödəniş və kompensasiya almadan işləyirlər. Odur ki, həmkarlar ittifaqı bu məsələlərin müzakirəsi və təminatların yeni kollektiv əmək müqaviləsinə daxil edilməsi üçün işəgötürənlər birliyi ilə danışıqlar aparılmasını tələb edib. Bəzi qurumlar öz təşəbbüsləri ilə kompensasiyaların ödənilməsi ilə bağlı təkliflər irəli sürüblər, lakin onlara geniş miqyasda təminat verilmir. Həmkarlar ittifaqı standartlaşdırılmış iş qrafikinin, 35 saatlıq iş həftəsinin tətbiqini, əməkhaqqının artırılmasını, növbəli iş və iş vaxtından artıq işə görə kompensasiyaların ödənilməsini tələb edir.

Portuqaliyada özəl sektorda çalışan tibb bacılarının tətilləri Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Birliyi Federasiyası (EPSU) tərəfindən də dəstəklənib. EPSU-nun Baş katibi Jan Villem Goudrian tərəfindən imzalanan mesajda deyilir ki, mübarizə yalnız milli məsələ deyil, onun nəticəsi bütün Avropada əks olunacaq.

ETİKETLƏR: