Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələri və qazilərə dəstək

.

24.07.2024 11:57
2
A+
A-

İyulun 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidləri Zaman Məmmədovun atası Habil Məmmədlini, şəhid Kənan Rzayevin ailəsi Əbdürrəhman Rzayev və Bahar Əhmədovanı, şəhid Məmmədli Nicatın anası Minayə Məmmədovanı, şəhid Hənifəyev Seyranın atası Eynalı Hənifəyevi və Vətən müharibəsi qazisi Əli Əlisoyu qəbul edib. Qəbul zamanı şəhid ailələrinin    müraciətləri dinlənilib, problemləri ilə yaxından maraqlanılıb. Şura sədrinin tapşırığı ilə şəhid ailələrinə və qaziyə müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib. Həmçinin bir şəhid ailəsinə müalicə və istirahət üçün sanatoriya yollayışı verilib. Qəbulda olan şəhid valideynləri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

ETİKETLƏR: