Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dəyərli stimul

.

24.07.2024 12:01
6
A+
A-

İyulun 20-21-də Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun əməkdaşları Mingəçevir və Gəncə şəhərlərində iki günlük turist səfərində olublar. Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı və institutun Həmkarlar  İttifaqı Komitəsinin dəstəyi ilə baş tutan gəzinti maraqlı məqamlarla yadda qaldı. Turistlər qədim Gəncə şəhərindəki  “Deluxe Hotel”də gecələdilər. Hotel rahatlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edirdi.

Buradan Quş adasında gəmi turuna yollandılar. Göygöl Təbiət Qoruğunda və Maralgöldə oldular. Ana Vətənin təbiətinin gözəlliyindən doymadıqlarını etiraf etdilər. Bildirdilər ki, belə turist səfərləri insanın ruhunun yüksəldilməsi baxımından ən dəyərli, əvəzsiz stimuldur.

 

ETİKETLƏR: