Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kəlbəcərdə təsis yığıncağı

O, Kəlbəcərdə quruculuq, abadlıq işlərinin sürətlə getdiyini xüsusi olaraq önə çəkdi.

04.09.2024 09:55
73
A+
A-

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) əməkdaşları nazirliyin birlik və birləşmələrində oldular. Səfərin ilk günündə Gəncə şəhərindəki hərbi hospitalda və “N” saylı hərbi hissədə görüşlər keçirdilər. Həmkarlar ittifaqı üzvlərinin sosial-məişət qayğıları ilə tanış oldular, qeydlər götürdülər.

BHİK əməkdaşlarının növbəti görüş məntəqəsi Kəlbəcər rayonundakı “N” saylı hərbi hissə oldu. Onlar hərbi hissəyə 2 ədəd yüksəkgərginlikli elektrik mühərriki bağışladılar. Mürəkkəb iqlim şəraitində və çətin relyefi olan ərazilərdə xidmət edən əsgərlərə maddi tələbatlarını ödəmək məqsədilə gündəlik istifadə olunan məhsullar da təqdim edildi.

Əsgərlər qarşısında çıxış edən BHİK sədri Kərim Rzayev dedi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirib. Otuz ilə yaxın erməni silahlı birləşmələrinin işğal edərək nəzarət altında saxladıqları torpaqlarımız ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edilib. Rəşadətli Azərbaycan Ordusunun bununla tarix yazdığını bildirdi.

O, Kəlbəcərdə quruculuq, abadlıq işlərinin sürətlə getdiyini xüsusi olaraq önə çəkdi. Komitə sədri işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, kəlbəcərlilərin də qayıdışı üçün ciddi tədbirlərin həyata keçirilməsinin şahidi olduğunu söyləyib.

Sonda Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ilk dəfə Kəlbəcərdə birlik və birləşmələrdə çalışan mülki işçilərin həmkarlar ittifaqı təşkilatının təsis yığıncağı keçirildi və təşkilata yeni sədr seçdilər. Komitənin fəaliyyəti haqqında ətraflı məlumat verildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

ETİKETLƏR: