Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qızıl və gümüş medal qazanıblar

Vüsal Qələndərzadə (73 kq.) finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edib və birinci yeri tutub.

11.09.2024 12:09
4
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Atilla” İdman Klubunun yetirmələri Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl və gümüş medallar qazanıblar.

Vüsal Qələndərzadə (73 kq.) finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edib və birinci yeri tutub.

Nizami İmranov (60 kq.) isə həlledici qarşılaşmada ukraynalı Nazar Viskova uduzaraq gümüş medala sahib olub.

Qeyd edək ki, Tallində təşkil olunan cüdo üzrə gənclər arasında Avropa çempionatında qarışıq komanda yarışında Azərbaycanın gənclərdən ibarət cüdo yığması birinci yeri tutub.

Bu, Azərbaycanın gənclərdən ibarət cüdo yığmasının Avropa çempionatının qarışıq komanda yarışında ilk qızıl medalıdır.

 

ETİKETLƏR: