Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Səttar Möhbalıyevin Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi ilə onlayn görüşü olub

S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının cari ildə iş planı, qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin görülmüş işlər barədə danışıb.

30.03.2022 10:40
11
A+
A-

Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyevin PARŞ-ın və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini arasında onlayn görüş keçirilib.

Görüşdə Avropada həmkarlar ittifaqlarının fəaliyyəti, görülən işlər, beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələri, gələcək perspektivlər müzakirə olunub.

S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının cari ildə iş planı, qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin görülmüş işlər barədə danışıb.

L.Visentini Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

ETİKETLƏR: