Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Minifutbol üzrə çempionat keçirilib

Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və DYMX-nin məsul şəxsləri iştirak ediblər.

18.05.2022 14:01
3
A+
A-

Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə DYMX-nin mərkəzi aparatı, Bakı və Sumqayıt qarnizonlarının idarə, dəstə və hissələri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş minifutbol üzrə turnir keçirilib.

Xidmətin idman bazasında təşkil edilən turnirdə 20 komanda iştirak edib. Yarışda DYMX-nin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komandası birinci yeri tutub. Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin komandası ikinci, Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin komandası isə üçüncü yerdə qərarlaşıb.

Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və DYMX-nin məsul şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən M.İsmayılov yarışın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ümummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğı ilə qoyulub. Bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin mühüm tərkib hissələrindən biri də gənclərə və idmana daim dövlət qayğısının göstərilməsidir.

Çıxışının sonunda M.İsmayılov qalib komandaları təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda qaliblərə FHN İşçilərinin Həmkarlar İttifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilib.

 

ETİKETLƏR: