Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti

Beynəlxalq Birliyin Konfransı

Konfransda Nataliya Aqapova yenidən Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin sədri, Tofiq Quliyev sədrin müavini, Rüfət Bürcəliyev Beynəlxalq Birliyin Təftiş Komissiyasının üzvü seçilmişlər.

22.06.2022 00:30
26
A+
A-

Cari ilin iyun ayının 16-da Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin onlayn konfransı keçirilmişdir. Konfransın işində “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev, Federasiyanın sədr müavini Təhmasib Əliyev və Federasiyanın Aparat rəhbəri - Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev iştirak etmişlər.

Konfransda Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin ötən dövr ərzində gördüyü işlərə dair hesabatı dinlənilmiş, seçkili orqanlarının tərkibi təsdiq edilmişdir. 2022-2027-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilmiş və s. məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

ETİKETLƏR: