Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hava limanlarında əvəzedicilər

.

10.08.2022 14:54
2
A+
A-

Avstraliyanın Qantas aviaşirkəti işçilərin çatışmazlığı səbəbindən top-menecerlərdən Melburn və Sidney hava limanlarında yükləyici kimi işləməyi xahiş edib. Bu barədə “BBC” informasiya agentliyi şirkətin əməliyyat direktoru Kolin Hyuzun məktubuna istinadən yazıb.

Bildirilir ki, ümumilikdə 100 könüllü tələb olunur. Onlara 4 saatdan 6 saata qədər davam edən növbələrə getmək və həftənin 3-5 günü çamadanların yüklənməsi və boşaldılması ilə məşğul olmaq təklif olunur. Belə bir tədbir sərnişinlərin artan narazılığı ilə bağlıdır. Kolin Hyuz bildirib ki, əmək bazarında davam edən gərginliklə birlikdə cəmiyyətdə qış qripinə yüksək səviyyədə yoluxma və COVID xəstələrinin sayında sıçrayış sahəmizdə resursların axtarılmasını çətinləşdirir. Pandemiya zamanı minlərlə işçi işdən çıxarılıb, onların bir çoxu yerüstü personala daxil idi.

Avstraliya pandemiya ilə əlaqədar olaraq bütün səyahətlərə (öz vətəndaşları da daxil olmaqla) ən sərt məhdudiyyətlər tətbiq etdi. Məhdudiyyətlər yalnız 2021-ci ilin noyabrında qaldırılmağa başladı.

 

ETİKETLƏR: