Əyləncəli anlar yaşandı
.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Kürdəmir Rayon Komitəsinin bir qrup üzvü İsmayıllı rayonuna səfər edib. Gəzinti zamanı onlar rayonun səfalı yerlərində olub, asudə vaxtlarını səmərəli keçiriblər. Əməkdaşlar onlara əyləncəli anlar yaşatdığına görə Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.