Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-in sədri: “Qazilərə, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib”

.

06.09.2022 11:16
10
A+
A-

Vətən müharibəsi dövründə və müharibədən sonrakı dövrlərdə AHİK və onun üzv təşkilatları və həmkarlar ittifaqı komitələri daim dövlətimizin və ordumuzun yanında olub, milli həmrəylik nümayiş etdiriblər. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə, onların ailələrinə, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib, Ali Baş Komandanın bütün addımları dəstəklənərək Şanlı Ordumuza maddi və mənəvi yardım göstərilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev bildirib ki, AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 9 milyon 93 min 487 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına          1 milyon 36 min 815 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 min manat köçürülüb. AHİK və üzv təşkilatları tərəfindən Qarabağ Dirçəliş Fonduna 1 milyon 217 min 650 manat vəsait köçürülüb, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 milyon 320 min 864 manat, “YAŞAT” Fonduna 667 min 668 manat ianə edilib. Şəhid və qazi ailələrinə 3 milyon 600 min 475 manatlıq birdəfəlik yardım göstərilib.

172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Eyni zamanda Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə, istəklərinə uyğun olaraq, sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin edilirlər.

“Bununla yanaşı, tərəfimizdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət nəticəsində əlil olmuş 400 nəfərin 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili üçün 357 min manat vəsaitin AHİK-in büdcəsindən ayrılması nəzərdə tutulub. Şəhid ailələrinə və qazilərə yollayışlar pulsuz olaraq veriləcək”, - deyə AHİK-in sədri əlavə edib.

ETİKETLƏR: