Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ucuz və mənalı istirahət və sanatoriya müalicəsi almaq  istəyənlər üçün

Məlumat - təklif - 2021-ci il

20.05.2021 07:47
624
A+
A-

“Şəfa” müalicə pansionatı

Pansionat Qax-Zaqatala avtomobil yolunun üstündə, Qax mineral su  bulağının yanında, dağ meşəsinin ətəyində, ekoloji təmiz ərazidə yerləşir.

Pansionatın ərazisində 1 ədəd 3 mərtəbəli yaşayış binası, binaya bitişik yeməkxana binası, 3 ədəd kottec, qazanxana binası, 3 ədəd üstü bağlı talvarlar, uşaq oyuncaq meydançası, voleybol və basketbol meydançaları, anbar binası, hər cürə avadanlıqlarla təmin olunmuş çimərlik hovuzu və yardımçı binaları fəaliyyət göstərir. Ərazidə meyvə bağı salınmış, abadlıq işləri görülərək kulli miqdarda gül-çiçək əkilmiş və mənalı istirahət şəraiti yaradılmışdır.

Pansionatda hər gün müxtəlif konsertlər, rəqs gecələri, turist gəzintiləri, idman yarışları və sair maraqlı mədəni-kütləvi tədbirlər keçirilir.

İstirahətin səmərəliliyini artırmaq məqsədilə pansionatda ürək qan-damar, sümük-oynaq əzələ, periferik sinir sistemi, mədə-bağırsaq və məddələr mübadiləsi pozulması xəstəliklərinin profilaktiki müalicəsi üçün şərait yaradılmışdır. Belə ki, pansionatın əsas binasının 1-ci mərtəbəsində laboratoriya, ultra səs müayinəsi, kardioqram müayinəsi, həkim otaqları, su ilə müalicə şöbəsi (duşlar və vannalar) masaj kabineti, fizioterapevtik müalicə kabineti, mədə-bağırsaq sisteminin yuyulması otağı, naftalan və parafinlə müalicə kabinetləri, əl-ayaq vannası kabineti, inqalyasiya və sair işıq lampalarından istifadə kabinetləri yaradılmış və tibbi personal hazırlanmışdır ki, istirahətçilərə yüksək səviyyədə müalicə xidmətləri göstərilsin.

İstirahətçilər gündə 3 dəfə, kefiyyətli diyetik və milli mətbəxin incəlikləri nəzərə alınmaqla, hazırlanan yeməklərlə təmin olunurlar.

Yataq və istirahət şəraiti əsas korpusda 2-ci və 3-cü mərtəbələrdə 1 otaqlı  2 nəfərlik, 2 otaqlı 3 nəfərlik, 2 otaqlı 4 nəfərlik nömrələrdə yaradılmışdır. Bütün nömrələr, kommunal şəraitli olmaqla, zövqlə təmir edilmiş və hər nömrə kondisioner, soyuducu, rəqəmsal televizorlar, tefal çayniklər, çay dəsti qabları və fenlərlə təmin olunmuşdur. Korpusun dəhlizlərində müvafiq istirahət şəraiti yaradılmışdır.

Bütün xidmətlər nəzərə alınmaqla pansionatda 1 nəfərin birgünlük istirahətinin orta qiyməti ƏDV ilə birlikdə 57,6 manat təsdiq olunmuşdur, istirahət 7 günlük və 14 günlük ola bilər və qiymətlər müvafiq olaraq 403,4 manat və 806,8 manat təşkil edər. Müalicəsiz istirahət və xidmət xərci bir gündə 45 manatdır.

“Şəfa” müalicə pansionatının fəaliyyəti barədə geniş məlumat verərək kollektivinizin üzvlərinin yay mövsümündə, yəni 14 iyundan 25 sentyabr tarixinə kimi dövrdə tələbatını öyrənərək sifariş verməyinizi xahiş edirik.

ETİKETLƏR: