Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dama, şahmat və güllə atıcılığı yarışlarının qalibləri məlum olub

Spartakiadanın keçirilməsində məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşqlərinə cəlb etməkdir.

23.11.2022 15:17
37
A+
A-

“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti (BTİC) İctimai Birliyinin (İB) təşkilatçılığı ilə XXII Respublika Spartakiadası çərçivəsində növbəti yarışlar keçirilib.

Dama idman növü üzrə təşkil olunan yarışda birinci yeri Metropoliten işçiləri tutublar, Aviasiya və Müdafiə sənayesi işçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. 

Şahmat yarışında birinci pillədə Aviasiya işçiləri qərarlaşıblar. Müdafiə sənayesi işçiləri ikinci, Metropoliten işçiləri  üçüncü olublar.

Güllə atıcılığı yarışında fəxri kürsünün ilk pilləsində Müdafiə sənayesi işçiləri yer alıblar. “Baku Stil Kompani” MMC işçiləri  ikinci, Metropoliten işçiləri  üçüncü yeri tutublar.

Qeyd edək ki, Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  XXII Respublika Spartakiadası Aviasiya, Elektroenergetika və Elektrotexnika Sənayesi, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Müdafiə Sənayesi İşçiləri həmkarlar ittifaqı respublika komitələri, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası, Metropoliten İşçiləri Həmkarlar İttifaqı və “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi və “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin Rəyasət Heyətinin birgə qərarına əsasən keçirilib.

Spartakiadanın keçirilməsində məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşqlərinə cəlb etməkdir.

XXII Respublika Spartakiadası çərçivəsində yarışlar 10 idman növü (futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, dama, nərd, şahmat və güllə atıcılığı) üzrə Bakı şəhərində oktyabrın 11-dən noyabrın 23-dək davam edib.

ETİKETLƏR:

Foto