Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşığı tükənməyən insan

Talıb Mahmudovu çoxsaylı ittifaq üzvlərimiz tərəfindən təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

29.03.2023 11:03
15
A+
A-

Mahmudov Talıb Əhməd oğlu 1948-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində anadan olub. 50 ilə yaxın bir müddətdə kimya fənnini uğurla tədris edib. Çobansığnaq kəndi ucqar dağ kəndlərdən biridir. Dəniz səviyyəsindən 1558 metr yüksəklikdə yerləşir. Ucqar kənddə yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq, kimyanın tədrisi elminə bir çox yenilik gətirmişdir. Keçmiş ittifaq miqyasında kimyanın tədrisi sahəsində ən nüfuzlu jurnal olan “Ximiya v şkole” jurnalında onun çoxlu sayda məqaləsi dərc olunmuşdur. 1985-1988-ci illərdə Moskva Dövlət Universitetində qiyabi aspiranturada oxuyub, Moskva məktəblərində pedaqoji eksperimentlər aparıb. 1988-ci ildə orada namizədlik dissertasiyasını müdafiə edib. Elmi Şuranın qərarı ilə dissertasiyası kitab şəklində Moskvada nəşr olunub. İndiyə qədər 9 kitabı və monoqrafiyası çap olunub. Bu kitabların çap olunmasına Elm və Təhsil Nazirliyi tərəfindən icazə verilib.

2018-ci ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcə almaq üçün doktorluq dissertasiyasını müdafiə edib. Bu dissertasiya kimyadan məsələ həlli prossesində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsinə həsr olunub.

İşlədiyi müddətdə kəndin və rayonun ictimai həyatında fəal iştirak edib. Tovuzda Yeni Azərbaycan Partiyasını ilk yaradanlardan biridir. 1976-cı ildə Baş müəllim, 1984-cü ildə müəllim-metodist, 1989-cu ildə Qabaqçıl Maarif əlaçısı, 1987-ci ildə Respublikanın Əməkdar müəlimi fəxri adına layiq görülüb.

1990-cı ildə SSRİ yaradıcı müəllim ittifaqının üzvü olub, 2008-ci ildə Qabaqcıl təhsil işçisi adına layiq görülüb. Üç dəfə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

1984-cü ildə “Şərəf nişanı” ordeni, 1986-cı ildə “Qırmızı Əmək Bayrağı Ordeni”, 1978-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Oğlu Kamran Mahmudov atasının yolunu davam etdirir. O, kimya elmləri doktoru, professordur. Eyni zamanda Bakı Dövlət Universitetinin və Lissabon Universitetinin professorudur. Hazırda Lissabon Universitetində çalışır.

TİAHİ Tovuz Rayon Komitəsi Talıb Mahmudovun 75 illik yubileyini və yeni çapdan çıxmış “Gənc kimyaçılara kömək” adlı kitabının təqdimatını qeyd etdi.

Talıb Mahmudovu çoxsaylı ittifaq üzvlərimiz tərəfindən təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Flora PƏNAHOVA,

TİAHİ Tovuz Rayon Komitəsinin sədri

ETİKETLƏR: