Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələri və qazilər  ziyarət olunub

Sonra ailələrə Hİ-nin Masallı Rayon Komitəsi tərəfindən tədarük olunmuş yardım bağlamaları verilib.

29.03.2023 11:58
6
A+
A-

Novruz bayramı ərəfəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin təşəbbüsü və maddi dəstəyi ilə rayonun şəhid və qazi ailələri ziyarət olunub.

Bu xeyirxah aksiyada Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, sahə Hİ Rayon Komitəsinin sədri Vəkil İsmailov və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Ziyarətçilər olduqları ailələrin qayğı və ehtiyacları ilə maraqlanıblar. Şəhidlərimizin, qazilərimizin həyatları, döyüş yolları, göstərdikləri qəhrəmanlıqları barədə söylənən xatirələri dinləyib, fotoşəkilləri nəzərdən keçiriblər. Şəhid analarına, atalarına təsəlli veriblər.

Sonra ailələrə Hİ-nin Masallı Rayon Komitəsi tərəfindən tədarük olunmuş yardım bağlamaları verilib.

ETİKETLƏR:

Foto