Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fransada pensiya islahatına qarşı nümayişlər

Parisdə 27 nümayişçi saxlanılıb, kütləvi yoxlama aparılıb.

29.03.2023 12:15
6
A+
A-

Fransada pensiya islahatlarına qarşı etiraz nümayişləri davam edir. Ölkədə pensiya islahatı qəbul edildikdən sonra hökumətə qarşı qəzəb səngimir.

Martın 28-də həmkarlar ittifaqlarının çağırışı ilə baş tutan 10-cu ümummilli etiraz nümayişində Daxili İşlər Nazirliyinə görə 740 min, Həmkarlar İttifaqlarına (CGT) görə isə 2 milyondan çox nümayişçi iştirak edib.

Paris və Nant şəhərlərində keçirilən nümayişlərdə etirazçılar şüarlar səsləndirərək pensiya dəyişikliklərinin ləğvini tələb edib.

Parisdə, eləcə də digər şəhərlərdə polis və nümayişçilər arasında toqquşma baş verib. Polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.

Parisdə 27 nümayişçi saxlanılıb, kütləvi yoxlama aparılıb.

Yeni pensiya qanununun qəbulundan sonra həmkarlar ittifaqları hökuməti geri çəkilməyə məcbur etmək üçün kütləvi etirazları davam etdirəcəklərinə söz verib.

Tətillər nəqliyyat, energetika, məktəblər və mülki aviasiyaya təsir edib. Fransada yanacaqdoldurma məntəqələrində neft emalı zavodlarında keçirilən tətillər səbəbindən benzin qıtlığı yaşanır. Fransanın qərbində yerləşən Nant şəhərində etirazçılar səhər saatlarında şəhərə giriş yollarını bağlayıb, nəqliyyat sıxlığı yaradıb.

Fransa paytaxtında Eyfel qülləsi, Versal sarayı, Zəfər tağı kimi abidələr işçilərinin tətili səbəbindən bağlı olub. Nümayişin sonunda aprelin   6-sı 11-ci səfərbərlik günü elan edilib.

ETİKETLƏR: