Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Daha bir uğura imza atıblar

Ümumilikdə 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.

10.05.2023 14:10
16
A+
A-

Aprelin 27-dən 29-dək Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında “Zəfər Kuboku” keçirilib. Yarışda ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib.

Çempion titulunu qazanan idmançılar arasında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinə daxil olan “Pəhləvan” İdman Klubunun yetirməsi Turan Daşdəmirov da var. Məşqçi-müəllim Akif Əliyevin yetirməsi 45 kq. çəki dərəcəsində mübarizə apararaq birinci yeri tutub. 

Ümumilikdə 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.

***

“Pəhləvan” İdman Klubunun digər yetirməsi Səid Paşayev Qazaxıstanın Atırau şəhərində keçirilən sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq turnirdə  bürünc medal qazanıb.  Səid 92 kq. çəki dərəcəsində iştirak edərək bu nəticəyə nail olub.

***

Mayın 1-4-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatı keçirilib. Şağan Olimpiya  Kompleksində baş tutan sərbəst güləş üzrə yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyinə daxil olan “Pəhləvan” İdman Klubunun yetirmələri Fərid Ağasızadə (52 kq.) və Nihad Abbasov (62 kq.) birinci, Abdullətif Musayev (44 kq.) ikinci, Tunar Süleymanzadə (85 kq.) isə üçüncü yeri tutublar.

Yunan-Roma güləşi üzrə təşkil olunan yarışda isə Əli Nəzərov (48 kq.) ikinci, Nicat Həsənli (38 kq.) və Oqtay Bəşirzadə ( 48 kq.) üçüncü yeri tutublar.

ETİKETLƏR:

Foto