Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bu layihə tıxacı aradan qaldıra bilərmi?

Nəqliyyat sistemində ciddi islahatlar aparılmalıdır. İctimai nəqliyyat təkmilləşdirilməlidir. Alternativ nəqliyyat vasitələrindən istifadə olunmalıdır.

17.05.2023 13:04
20
A+
A-

Son vaxtlar kütləvi informasiya vasitələrində paytaxtımızın Bayıl deyilən ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınacağı barədə məlumatlar yayılır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya açıqlamasında körpü ilə bağlı konkret qərarın olmadığını bildirib. Konkret qərar verilməsə də, Bakı kimi dənizsahili ərazilərdə yerləşən yaşayış məkanlarında asma körpülərdən istifadənin yaxşı nümunələri var. Məsələn, Yaponiya, Çin, ABŞ-də asma körpülər geniş yayılıb. Türkiyənin Avropa və Asiya sahillərini 2023 metrlik Çanaqqala körpüsü birləşdirir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev  də Xəzər üzərində asma körpünün reallaşacağına şübhə ilə yanaşır. Körpünün çəkilməsinin təkcə avtomobillərin sıxlığına yox, daha çox şəhərin görüntüsünə, turistik baxımdan cəlbediciliyinə təsiri olacaq. Lakin dəniz üzərindən körpünün çəkilməsi külli miqdarda vəsaitə başa gələcək. Eyni zamanda ciddi iqtisadi faydası olmayacaq. Mən bu layihəni bir o qədər də uğurlu saymıram.

Tıxac problemini hansısa körpü, tunel, piyada keçidi kimi üsullarla aradan qaldırmaq mümkün deyil. Nəqliyyat sistemində ciddi islahatlar aparılmalıdır. İctimai nəqliyyat təkmilləşdirilməlidir. Alternativ nəqliyyat vasitələrindən istifadə olunmalıdır.

Ekspert əlavə etdi ki, əvvəllər Bayıldan Neftçilər prospekti, “Azneft” dairəsi, Bəhram Gur heykəli ərazisindən Qanlı gölə qədər uzanan, təxminən 2.5 km. uzunluğunda, tunelin tikilməsi təklif edilib: “Bu həm paytaxtımıza yaraşıq verərdi, həm də sıxlığın aradan qaldırılmasına səbəb olardı. Astara, Qazax, Quba istiqamətindən paytaxta daxil olan avtomobillərin Bakı dairəvi yolundan ayrılaraq bu tunelə daxil olması, ordan da qısa yol ilə şəhərin mərkəzinə qədər gəlməsi məqsədəuyğundur. Həmçinin əks istiqamətə, yəni şəhərin mərkəzindən qeyd olunan istiqamətə nəqliyyat axınının təşkil olunması çox faydalı olacaqdır”.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: