Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Babam Böyük Vətən müharibəsi veteranıdır. Əvvəllər (SSRİ dövründə) onlar üçün qanunvericiliklə bir sıra güzəştlər nəzərdə tutulmuşdu. Bu güzəştlər indi də mövcuddurmu? Əgər belə güzəştlər varsa, məlumat verməyinizi xahiş edirəm.

Savalan ƏHMƏDOV, Sumqayıt şəhəri.

01.06.2023 10:18
45
A+
A-

Babam Böyük Vətən müharibəsi veteranıdır. Əvvəllər (SSRİ dövründə) onlar üçün qanunvericiliklə bir sıra güzəştlər nəzərdə tutulmuşdu. Bu güzəştlər indi də mövcuddurmu? Əgər belə güzəştlər varsa, məlumat verməyinizi xahiş edirəm.

Savalan ƏHMƏDOV, Sumqayıt şəhəri.

 

- “Veteranlar haqqında” qanunda müharibə veteranlarına bir sıra güzəşt və üstünlük nəzərdə tutulmuşdur. Belə ki, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər.

Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir.

Yerli icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər.

İkinci Dünya müharibəsi iştirakçıları Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. Onlara müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.

Bunlardan başqa, qanuna əsasən, yerli icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, onların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.

Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, müharibə əlilləri, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər, habelə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 102.1.6-cı maddəsində qeyd olunan 200 manatdan əlavə olaraq həm də 400 manat məbləğində, yəni 600 manat məbləğində azaldılır. 

Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sosial xidmət göstərilir.

ETİKETLƏR: