Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil işçiləri müəllimlərin XIX Beynəlxalq Spartakiadasında

Spartakiadada komandalar idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, üzgüçülük və digər növlərində güclərini sınayıblar.

08.09.2023 00:29
6
A+
A-

 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) bir qrup əməkdaşı Bolqarıstanda keçirilən müəllimlərin XIX Beynəlxalq Spartakiadasında iştirak edib. Bolqarıstanın Varna şəhərində təşkil edilmiş idman yarışlarında Azərbaycan ilə yanaşı, Polşa, Tacikistan, Bolqarıstan və digər ölkələrin təhsil işçilərindən ibarət həvəskar idman komandaları mübarizə aparıb.

Qeyd edək ki, spartakiadanın əsas məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, müxtəlif ölkələrdən olan pedaqoji sahədə çalışan işçilər arasında əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təbliği olub.

Spartakiadada komandalar idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, üzgüçülük və digər növlərində güclərini sınayıblar.

Qeyd edək ki, Bolqarıstanda səfərdə olan ölkəmizin nümayəndə heyətinə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə rəhbərlik edib.

Tədbir zamanı ATİAHİ Respublika Komitəsinin sədr müavini M.Cəfərzadə Bolqar Müəllimlər Birliyinin sədri Janka Tokeva ilə görüşüb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdıran M.Cəfərzadə təşkil edilən tədbirin ayrı-ayrı ölkələrin müəllimləri arasında səmimi münasibətlərin qurulması, inkişafı və həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətli olduğunu qeyd edib. J.Tokeva öz növbəsində iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasında yüksək səviyyədə  münasibətlərin olduğunu bildirib.

Səfər çərçivəsində ATİAHİ Respublika Komitəsinin nümayəndələri həmçinin Varna şəhərində təşkil edilmiş “Süni intellekt və təhsil” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.    

 

ETİKETLƏR:

Foto