Nərd üzrə turnir
Yarışda I yeri Elşad Cəfərov, II yeri Fazil İsmayılov, III yeri isə Natiq Hüseynov və Müşfiq Eyyubov tutublar.

Qazax Gənclər Evində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Qazax Rayon Komitəsinin əhatə dairəsində olan idarə və müəssisələrin əməkdaşları arasında nərd üzrə turnir keçirilib.
Yarış Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin və MİHİ Qazax Rayon Komitəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq təşkil olunub.
Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Sahib Namazov və MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış ediblər. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışan natiqlər “Heydər Əliyev İli” çərçivəsində rayonda silsilə tədbirlər keçirildiyini bildiriblər.
Yarışda I yeri Elşad Cəfərov, II yeri Fazil İsmayılov, III yeri isə Natiq Hüseynov və Müşfiq Eyyubov tutublar.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.