Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələrinə sevgi dolu ürəklə gedirlər

Çay süfrəsi ətrafında şəhid haqqında xatirələr dinlənildi, həmçinin onun ailəsinin problemləri öyrənildi.

13.09.2023 12:28
1
A+
A-

DİİXİ Hİ Abşeron Rayon Komitəsi tərəfindən Xırdalan şəhərində himayəyə götürülmüş şəhid kapitan Veysəl Musubovun ailəsi ziyarət edilib. Şəhidin övladları Nilayı 7 və Yadullanı 5 yaşı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib və hədiyyələr verilib.

***

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) Beyləqan Rayon Komitəsinin əməkdaşları şəhid Vüqar Məmmədovun ailəsində oldular. Övladı Xaləddini 5 yaşı tamam olması münasibətilə təbrik etdilər. Ona hədiyyələr verdilər. Görüşdə Rayon Komitəsinin əməkdaşları ilə bərabər, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov da iştirak etdi. Çay süfrəsi ətrafında şəhid haqqında xatirələr dinlənildi, həmçinin onun ailəsinin problemləri öyrənildi.

***

DİİXİ Oğuz Rayon Komitəsinin sədri E.Məhərrəmov və Oğuz Rayon İcra Hakimiyyətinin işçiləri şəhid Elman Babayevin övladının ad günü münasibətilə keçirilən tədbirdə iştirak etdilər.

***

Sahə Hİ Cəbrayıl Rayon Komitəsinin məsul işçiləri şəhid Zamin Rəhimovun övladı İncinin ad günü münasibətilə ailəsini ziyarət etmiş və hədiyyələr təqdim edərək xoş arzularını çatdırmışlar. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul işçiləri də iştirak edirdilər.

 

ETİKETLƏR:

Foto