Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Əsas məqsəd keyfiyyətli və təhlükəsiz taksi xidmətinə nail olmaqdır”

 “İstənilən şirkət, yerli və ya beynəlxalq olmasından asılı olmayaraq, taksi fəaliyyəti ilə məşğul ola bilər.

13.09.2023 13:04
2
A+
A-

Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanun qəbul edilib.    Qanun cari ilin oktyabr ayının 1-dən etibarən qüvvəyə minəcək.

Yeni qanunda edilən əsas dəyişikliklərdən biri də ölkə ərazisində taksi kimi istifadə olunan avtomobillərə məcburi şəkildə taksometr quraşdırılmasıdır.

Bu dəyişikliyə əsasən, taksilərdə onların qət etdiyi məsafəni ölçən, sifariş zamanı dayanma müddətinin hesablanmasını aparan, bütün bunlara əsasən gediş haqqı məbləğini hesablayan fiksal qaydalı xüsusi taksometrlər olmalıdır. Əlbəttə, sərnişinlər də bu datalarla təmin edilməlidir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildlrib ki, hazırda əsas məqsəd keyfiyyətli və təhlükəsiz taxsi xidmətinə nail olmaqdır.

O deyib: “Artıq qanunlara müvafiq dəyişikliklər edilib. Ümid edirik ki, yeni mövsümdə taksi fəaliyyətində artıq nizam, intizam yaranacaq.

Qiymət məsələsinə gəlincə, taksi qiymətləri dəyişən tarifdir, bunu müxtəlif amillər formalaşdırır. Əsas məsələ burada tələb və təklif amilidir. Əgər taksiyə tələb artacaqsa, taksi sayı azalacaqsa, bu zaman qiymətlərin yüksələcəyini proqnozlaşdırmaq olar. Lakin indiki dövrdə taksi qiymətləri kəskin yüksəlməyəcək, ya da enməyəcək. Düşünürəm ki, taksi qiymətlərinin sabit qalmasını müşahidə edəcəyik. Cüzi bahalaşma olması mümkündür, amma bu da, dediyim kimi, gələcəkdə taksilərə tələb artarsa, baş verəcək.

Ümumiyyətlə, Avropanın və dünyanın bir çox ölkəsində taksometrlərdən istifadə edilir. Bu, daha şəffaf və təhlükəsiz taksi xidməti deməkdir. Belə ki, sərnişinlər üçün əlçatan olan bu sistem sayəsində hər kəs gedəcəyi məsafəyə və müddətə uyğun haqq ödəyəcək.

Eldəniz Cəfərov əlavə edib ki, ölkəmizdə taksi sistemi artıq liberal sahəyə çevrilib:

 “İstənilən şirkət, yerli və ya beynəlxalq olmasından asılı olmayaraq, taksi fəaliyyəti ilə məşğul ola bilər. Fiziki şəxslər belə mobil tətbiqlər, digər aqreqatorlar vasitəsilə rahatlıqla Azərbaycanda taksi sürə bilərlər. Ona görə taksi qıtlığı yaranması müzakirə mövzusu belə deyil”.

 

 İ.ƏLİYEV

ETİKETLƏR: