Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Küçə alveri: yaxşı təcrübə və həlli yubadılan problemlər

“Xidmət-İş” Həmkarlar İttifaqları  Federasiyası  “StreetNet İnternational” (SNİ)  Beynəlxalq təşkilatının “Post-COVID-19 İqtisadi Xilas Planlarının İnkişafına dair”  layihəsinə qoşulub.

14.07.2021 06:03
7
A+
A-

“Xidmət-İş” Həmkarlar İttifaqları  Federasiyası  “StreetNet İnternational” (SNİ)  Beynəlxalq təşkilatının “Post-COVID-19 İqtisadi Xilas Planlarının İnkişafına dair”  layihəsinə qoşulub.
Layihənin hazırlanmasında və həyata keçirilməsində məqsəd iqtisadiyyatda, eləcə də küçə və bazar alverində iştirak edən insanların sağlamlığının qorunması və gəlirlərinin bərpasına yardımçı olmaqdır. Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov müxbirimizə bildirdi ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da xüsusilə yay aylarında bazarlarda, küçələrdə, avtomobil, qatar nəqliyyatı yolları kənarlarında alver mövsümü pik həddə çatır. Bu alverdə iştirak edənlərin böyük əksəriyyəti qadınlardır. Onların çalışdıqları şərait pandemiyadan mühafizə olunmalarına tam təminat verirmi? Bu yaxınlarda Şəmkirdə, Gədəbəydə, Qəbələdə keçirdiyimiz seminarlarda, təəssüf ki, bu sualımıza qənaətverici cavab ala bilmədik. Bəs nə etməliyik? Küçə alveri ilə məşğul olan vətəndaşlarımızı, iqtisadi fəaliyyətlərinə xələl gətirmədən, COVID-19-a yoluxmaqdan necə uzaq tutmalı?
Seminarlarda söhbət məhz bu narahatlıq doğuran məsələlər ətrafında getdi. Çıxışlarda deyildi ki, şəhərlərimizdə küçə alveri ilə bağlı problem, demək olar ki, yoxdur. Uzun illərdir  küçə alveri bazarlara köçürülüb. Bazarlarda isə şərait günün tələbləri səviyyəsindədir. Səliqəli piştaxtalar, kafelər, malların saxlanılması üçün münasib otaqlar alverçilərin ixtiyarına verilib. Sanitar-gigiyenik şərait gündəlik nəzarətdədir.
Təəssüf ki, kənd və qəsəbələrimiz, rayonlararası magistral yolların ətrafındakı alver yerləri barədə belə məmnuniyyətlə danışmaq olmur. Halbuki sadaladığımız bu ərazilərdə də səliqə-sahman yaratmaq olar. Bələdiyyələrin vəsaiti hesabına yolların kənarında, yaşayış məntəqələrinə yaxın ərazilərdə minibazarlar yaratmaq bir o qədər də çətin deyil. Bu, yeri gəlmişkən, turistləri cəlb etmək baxımından da sərfəlidir. Seminarda sahə Hİ həmkarlar ittifaqının rayon komitələrinin sədrləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının regional nümayəndələri və küçə-bazar alveri ilə məşğul olan insanlar iştirak edirdilər.

ETİKETLƏR: