Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq yarışın qalibi oldu

Ənənəsinə sadiq qalan Respublika Komitəsi bu dəfə “WJFMMAF” beynəlxalq təşkilatı və Budo Döyüş Növləri Federasiyası tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunan humanitar aksiyaya qoşulub.

28.07.2021 19:14
13
A+
A-

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (HİRK) idman sahəsinə də hər zaman xüsusi diqqət ayırır. Sahə işçilərinin respublika, beynəlxalq miqyaslı çempionatlara, turnirlərə hazırlıq prosesində onlara maddi və mənəvi dəstək göstərir. Mütəmadi olaraq sahə üzv təşkilatları arasında yarışlar keçirir, qaliblərə mükafatlar verir.

Ənənəsinə sadiq qalan Respublika Komitəsi bu dəfə “WJFMMAF” beynəlxalq təşkilatı və Budo Döyüş Növləri Federasiyası tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunan humanitar aksiyaya qoşulub.

Şəhidlərimizin əziz xatirəsinə həsr olunan beynəlxalq yarışda müxtəlif çəki kateqoriyaları üzrə fərqli divizionlarda 30 idmançı (o cümlədən 6 ölkədən 8 idmançı) mübarizə aparıb. Ümumilikdə 15 peşəkar döyüş keçirilib. Yarışda Su Təsərrüfatı İşçiləri HİRK-in əməkdaşı, Sosial sığorta üzrə mütəxəssisi Ümid Məmmədzadə də iştirak edib. Ağır çəkidə mübarizə aparan Ü.Məmmədzadə finalda türkiyəli rəqibi, dəfələrlə peşəkar döyüşlərin qalibi Gökhan Gülücü məğlub edərək çempion adını qazanıb və üçrəngli Azərbaycan bayrağını zirvəyə qaldırıb.

Qeyd edək ki, Ümid Məmmədzadə “Qaydasız döyüş üzrə ikiqat dünya çempionu”, “Kickboxing” idman növü üzrə “Üçqat respublika çempionu”, “İkiqat Bakı çempionu”, “Qafqaz çempionu”, “Heydər Əliyev adına turnirin çempionu”, “Beynəlxalq turnirin çempionu”, “WAKO üzrə Avropa çempionu” və sairə fəxri adlar qazanıb, mükafat və medallar alıb.

ETİKETLƏR: