Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Cahandar final mərhələsinə vəsiqə qazanıb

Yeniyetmə şahmatçılar arasında  dünya kuboku yarışları keçirilir.

11.08.2021 10:49
21
A+
A-

Yeniyetmə şahmatçılar arasında  dünya kuboku yarışları keçirilir.

Xatırladaq ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

On iki yaşlıların 10 turdan ibarət seçmə yarışında təmsilçimiz, həmkarlar ittifaqlarının “Şahmat-Dama” İdman Klubunun yetirməsi Cahandar Azadəliyev (məşqçisi Valeriy Şilyayev) maksimum xalla birinci yeri tutub. Bununla da şahmatçımız dünya kuboku yarışının final mərhələsinə vəsiqə qazanıb.

Yarışın əsasnaməsinə görə, dünya kuboku iki mərhələdə keçirilir. Seçmə mərhələ İsveçrə sistemi üzrə keçirilir və 10 turdan ibarətdir. Final mərhələsi isə Olimpiya sistemi üzrə keçiriləcək. Qeyd edək ki, hər yaş qrupunda ilk 3 yeri tutan şahmatçılar dekabr ayında FIDE tərəfindən planlaşdırılan rapid üzrə onlayn super finala, 4-8-ci yerləri tutan şahmatçılar isə noyabr ayında təşkil olunacaq Qran-pri seriyasına vəsiqə qazanacaqlar.

ETİKETLƏR: