Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Boşanmadan sonra zinət əşyalarımı mənə qaytarılması üçün məhkəməyə müraciət etmişəm. Keçmiş ərim zinət əşyalarını bizim aramızda bölünəcəyini deyir. Bu, düzgündürmü? Mənim zinət əşyalarım nə üçün bizim aramızda bölüşdürülməlidir? Axı bu əşyalar qadına aiddir, həm də bunları nikah dövründə özüm almışam.

Səbinə MƏMMƏDLİ, Gəncə şəhəri.

11.10.2023 14:39
22
A+
A-

Boşanmadan sonra zinət əşyalarımı mənə qaytarılması üçün məhkəməyə müraciət etmişəm. Keçmiş ərim zinət əşyalarını bizim aramızda bölünəcəyini deyir. Bu, düzgündürmü? Mənim zinət əşyalarım nə üçün bizim aramızda bölüşdürülməlidir? Axı bu əşyalar qadına aiddir, həm də bunları nikah dövründə özüm almışam.

 

Səbinə MƏMMƏDLİ, Gəncə şəhəri.

 

- Ər-arvadın əmlak münasibətləri Ailə Məcəlləsi və Mülki Məcəllə ilə tənzimlənir. Qanunvericilik ər-arvadın ümumi əmlakını müəyyən etdiyi kimi, onların hər birinin ayrıca mülkiyyətində olan əmlakı da müəyyənləşdirmişdir. Burada ər-arvada məxsus olan mülkiyyət:

1) nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak;

2) nikah dövründə ər-arvadın əldə etdikləri əmlak hesab olunur.

Ailə Məcəlləsinin 34.1. maddəsində deyilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Həmin Məcəllənin 34.2. maddəsinə əsasən, zinət əşyaları ər-arvadın şəxsi əmlakı sırasına daxil deyil: “Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa ona məxsusdur”. Bu müddəa Mülki Məcəllədə də əks olunub. Burada Ailə Məcəlləsində olduğu kimi, fərdi istifadə əmlakının ər-arvada məxsus olması, lakin daş-qaş və zinət əşyalarının istisnalıq təşkil etdiyi qeyd edilir.

Nikah dövründə ər-arvada hədiyyə şəklində verilən əmlak onların hər birinin şəxsi əmlakı hesab edilir. Sualınızdan belə məlum olur ki, daş-qaş və zinət əşyalarını nikah dövründə almısınız. Ola bilsin ki, ər-arvad kimi uşaqlarınızın və özünüzün gələcəkdə həyatınızda istifadə etmək və ya maddi təminat kimi evdə saxlamaq üçün almısınız. Siz özünüz şəxsən bu əşyaları alsanız da, bunların alınmasına sərf olunan pul ər-arvadın ümumi mülkiyyətindədir. Əgər həmin zinət əşyalarından hər hansı biri ad günündə, əlamətdar günlərdə, yubileyinizdə və sair bu kimi günlərdə verilibsə, onda şəxsi əmlakınız hesab edilir və məhkəmədə bunlar nəzərə alınacaqdır.

Əgər ər-arvad olaraq aranızda nikah müqaviləsi (kontraktı) varsa, onda sizin ümumi və şəxsi əmlakınız haqqında qanunla müəyyən edilmiş rejim dəyişəcək. Bu zaman zinət əşyalarının taleyi nikah müqaviləsində qeyd etdiyiniz qaydada həll olunacaq.

ETİKETLƏR: