Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaşayış sahəsi dedikdə nə başa düşülür?

Şamil HƏSƏNOV, Bakı şəhəri.

18.10.2023 16:46
168
A+
A-

Yaşayış sahəsi dedikdə nə başa düşülür?

Şamil HƏSƏNOV,

Bakı şəhəri.

- Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.

Yaşayış sahələrinə aşağıdakılar aiddir:

- yaşayış evi, yaşayış evinin hissəsi;

- mənzil, mənzilin hissəsi;

- otaq;

- yerləşmə vasitələri.

Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.

Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir.

 

Sığorta ödənişini vaxtında ödəmədiyinə görə sığortaçı məsuliyyət daşıyırmı?

 

Vəli CƏBİYEV,

Şirvan şəhəri. 

 

- “İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığortaolunana sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”na əsasən, sığortaçı tərəfindən sığorta ödənişi vaxtında ödənilmədiyinə görə maddi məsuliyyət daşıyır. Belə ki,sığortaçı sığorta ödənişini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir.

ETİKETLƏR: