Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tarixə qızıl hərflərlə yazılan gün

Ziyarətdən sonra Agentlikdə təşkil olunan mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan Ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub.

15.11.2023 15:27
6
A+
A-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla 8 Noyabr - Zəfər Günü münasibətilə görüş təşkil olunub.

AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Onlar Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı düşməndən ələ keçirdiyi hərbi qənimətlərə baxıblar.

Ziyarətdən sonra Agentlikdə təşkil olunan mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan Ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan   İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən və antiterror tədbirləri zamanı Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən danışılıb. Bu Qələbənin tarixə qızıl hərflərlə yazıldığı bildirilib. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb. Həmçinin bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətində prioritet təşkil etdiyi önə çəkilib. Agentliyin Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarına göstərilən xüsusi diqqət və qayğının bundan sonra da davam edəcəyi vurğulanıb.

Görüşün sonunda AQTA-nın Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarına qiymətli hədiyyələr təqdim edilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

 

ETİKETLƏR: