Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qələbənin sevincini yaşadılar

.

15.11.2023 15:52
7
A+
A-

İsmayıllı Rayon İcra Hakimiyyətinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin və daha bir neçə qurumun təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruzəli Aslanov Zəfər bayramı münasibətilə meydana toplaşmış 2000-dən çox təhsil işçisini təbrik etdilər, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yüksək komandanlıq səriştəsindən, xalqı dəmir yumruq halında birləşdirmək bacarığından və Milli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan danışdılar. Bayram şənliyi Beynəlxalq Muğam Mərkəzinin ifaçılarının ifasında möhtəşəm konsert proqramı ilə davam etdirildi. Sonda şəhid ailələri və qazilərlə xatirə şəkilləri çəkdirildi.

 

Hafiz KƏRİMOV,

TİAHİ İsmayıllı Rayon Komitəsinin sədri

ETİKETLƏR: