Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zəfərin təntənəsi”

adlı tədbir

15.11.2023 15:53
4
A+
A-

“Holcim-Azərbaycan” ASC-nin rəhbərliyinin təşəbbüsü və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə torpaqlaımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarına həsr olunmuş “Zəfərin təntənəsi” adlı tədbir keçirilib. Tədbirdən öncə müəssisədə yaradılmış şəhidlərin xatirə lövhəsinin önünə gül dəstəsi qoyulub.       Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Şanlı Zəfər, Ordumuzun qəhrəmanlıqları, işğaldan azad edilən torpaqlarda aparılan quruculuq işlərindən danışılıb. Qeyd olunub ki, Dövlət - Ordu - Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Dünyada mübariz, döyüşkən, müzəffər xalq kimi tanındıq.

“Holcim-Azərbaycan” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Mübariz Məmmədov bildirdi ki, qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir. Zəfər bayramı münasibətilə  müəssisənin 7, Qaradağ rayonunun 8 şəhid və qazi ailəsi ziyarət edildi, onlara yardım göstərildi. Həmçinin müəssisədə çalışan işçilərin hər birinə maddi yardımlar verildi.

Tədbirin sonunda “İnşaat-İş” Həmkarlar İttifaqının məsul işçisi Sevinc Hüseynova bildirdi ki, bu Zəfəri bizə yaşadan igidlərimizi, qazilərimizi, şəhidləriimizi, onların qəhrəmanlıqlarını Azərbaycan xalqı heç vaxt unutmayacaq.

Tədbirdə Respublika Veteranlar Şurasının Qarabağ Əlillər Cəmiyyətinin, “İnşaat-İş” Həmkarlar İttifaqının nümayəndələri də iştirak edirdilər.

 

ETİKETLƏR: