Bu qərarı alqışlayırıq
Noyabrın 10-da keçirilən səsvermədə hökumətin Rəhbərlik Şurasındakı 19 nümayəndəsi və işçilərin 14 nümayəndəsi məsələnin Beynəlxalq Ədalət Məhkəməsinə verilməsinə səs verib.

BƏT-in Rəhbərlik Şurası həlledici qərarında işçilər və işəgötürənlərin nümayəndələri arasında tətil hüququ ilə əlaqədar uzun müddətdir davam edən mübahisə ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək üçün səs verib.
BƏT-in məhkəmə təcrübəsi əslində tətil hüququnun beynəlxalq hüquqa uyğun olaraq BƏT-in 87 saylı (birləşmə azadlığı) və 98 saylı (kollektiv danışıqların təşkili və aparılması hüququ) konvensiyalarından irəli gəldiyini bildirir.
Təxminən 10 ildir ki, BƏT-in hüquqi praktikasını dəstəkləyən işçilərin nümayəndələri ilə işəgötürənlərin nümayəndələri arasında bu mövzuda bir çıxılmaz vəziyyət var. BƏT-in nizamnaməsinə əsasən, bu kimi məsələlər beynəlxalq məhkəməyə göndərilə bilər.
Noyabrın 10-da keçirilən səsvermədə hökumətin Rəhbərlik Şurasındakı 19 nümayəndəsi və işçilərin 14 nümayəndəsi məsələnin Beynəlxalq Ədalət Məhkəməsinə verilməsinə səs verib.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Triangl bildirib ki, tətil hüququ işçilərin ədalətli razılaşma əldə etməsi və tarixin göstərdiyi kimi demokratiya üçün əsasdır. Bu qərarı alqışlayırıq və işimizin beynəlxalq məhkəməyə verilməsini səbirsizliklə gözləyirik. Əminik ki, bu proses BƏT-in beynəlxalq hüquqda tətil hüququ sahəsində çoxillik təcrübəsini təsdiq edəcək.