Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zəfər” futbol

turniri başa çatıb

15.11.2023 16:50
3
A+
A-

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, Anım Günü və şanlı Qələbəmizin üçüncü ildönümünə həsr olunmuş “Zəfər” futbol turniri başa çatıb.

Oktyabrın 22-dən start verilmiş turnirdə Kənd Təsərrüfatı Nazirliyi, nazirliyin tabeli qurumlarının, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət ümumilikdə 24 komanda iştirak edib.

Komandalar püşkatma nəticəsində, hər qrupda 4 komanda olmaqla, 6 qrupda mübarizə aparıb. Qrup daxilində keçirilmiş oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar dörddəbir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimləri tərəfindən idarə edilib.

Noyabrın 7-də keçirilən final görüşündə “Grand Agro” MMC “Səba” komandasına qalib gələrək birinci yeri tutub. ATT komandası isə üçüncü yerə yiyələnib.

Qalib komandalara Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov tərəfindən fəxri fərmanlar, kubok və medallar təqdim olunub.

Zəfər turnirinin keçirilməsində əsas məqsəd Ulu Öndər     Heydər Əliyev irsinin təbliği, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də kollektivlər arasında dostluq əlaqələrinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin təmin olunmasıdır.

ETİKETLƏR: