Nərd yarışının qalibləri
Spartakiada çərçivəsində yarışlar noyabrın 23-dək davam edəcək.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin Respublika Spartakiadası çərçivəsində nərd yarışı keçirilib.
Milli Aviasiya Akademiyasının İdman Sağlamlıq Kompleksində baş tutan nərd yarışında Metropoliten işçiləri birinci , “Baku Stil Kompani” MMC işçiləri ikinci, Aviasiya işçiləri üçüncü yeri tutublar.
Yarışın sonunda qalib komandalar mükafatlandırılıb.
Qeyd edək ki, Respublika Spartakiadasının iştirakçıları 10 idman növü (minifutbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, şahmat, dama, nərd və güllə atıcılığı) üzrə mübarizə aparırlar. Artıq minifutbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, üzgüçülük və nərd yarışları başa çatıb.
Spartakiada çərçivəsində yarışlar noyabrın 23-dək davam edəcək.