Beynəlxalq ustalarla görüş
Maraq doğuran suallar cavablandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Qarabağ” İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat üzrə açıq seans, qrossmeyster və beynəlxalq ustalarla görüş keçirilib.
Görüşdə beynəlxalq qrossmeyster Vüqar Əsədli, beynəlxalq ustalar Kənan Qarayev, Nail Bəşirli, Zaur Bayramov və 30-dan çox şahmatsevər iştirak edib. Əvvəlcə ölkəmizdə şahmatın inkişafı haqqında məlumat verilib.
Sonra tədbirin əsas hissəsi olan açıq seansda V. Əsədli və digər ustalar nəzəri biliklərlə yanaşı, öz şəxsi təcrübələrindən bir sıra nümunələri iştirakçılarla bölüşüblər. Maraq doğuran suallar cavablandırılıb.
Qeyd edək ki, belə görüşlər məktəblilərin şahmata marağını daha da artırır və idmanın inkişafına təkan verir.